- Sifariş et düyməsinə klik edinVideoda ailədən neçə uşağın təbrik ediləcəyini seçin.
- Məlumatları doldurunUşağın adı, yaşı, şəkilləri, xüsusiyyətləri və Şaxta Babanın deyəcəyi sözlər. Cəmi 4-5 dəqiqə.
- Videonu alınSifarişiniz hazır olan kimi, sifariş zamanı qeyd etdiyiniz nömrəyə bildiriş və yükləmə linki gəlir. Videonuzu istənilən cihazla yükləyə bilərsiniz. Həmişəlik sizdə qalır və istənilən zaman övladlarınıza göstərə bilərsiniz.
Aşağıdaki qiymətlər, yuxarıdaki endirim müddəti bitənə qədər qüvvədədir. Endirimli qiymətdən yararlanmaq üçün sifarişinizi indi qeyd edib, məlumatları isə daha sonra daxil edə bilərsiniz.
- Şaxta Baba övladınıza onun öz adı ilə müraciət edəcək.
- Üzərində övladınızın adı olan sehrli albomu göstərəcək.
- Övladınızın şəkillərini göstərəcək.
- Övladınızın şəkillərini göstərməklə qalmayıb, həm də sizin seçdiyiniz sözlərlə şərh edəcək.
- Övladınızın yaşını və xüsusiyyətlərini deyəcək.
- İstəyinizdən asılı olaraq tək övladınız yox, həm də sizin (valideynlərin, atanın, ananın və ya digər yaxınların) şəklinizi göstərəcək və şərh edəcək.
- Övladınızın bu il özünü necə apardığını müəyyən edəcək (necə apardığını sifariş zamanı siz qeyd edirsiniz😉).
- Övladınıza sizin istədiyiniz tapşırığı verəcək.
- Üzərində övladınızın dostlarının və ya yaxınlarının adları olan sehrli albomları göstərəcək.
- Yeni il günü hədiyyəni hara qoyacağını deyəcək (yolkanın altına, qapının arxasına, yatağın altına və s. kimi variantlar arasından seçə bilərsiniz).
Övladınız Şaxta Babanın onun üçün hazırladığı bu filmi izlədikdə həm çox sevinəcək, həm də çox təəccüblənəcək. Ən əsası isə özünü özəl hiss edəcək.
Yuxarıda nümunə video və qiymətlərə baxa bilərsiniz.
Unutmayın. Uşaqların Şaxta Babaya inandıqları dövr məhduddur. Bu dövrlə bağlı sehrli və xoş xatirələr hər bir uşağın haqqıdır. Axı bu xatirələr bizi ömürlük müşayiət edir və xoş keçən uşaqlıq çağlarımızı xatırladır. Bu isə qiymətsizdir!
Siz də 4-5 dəqiqənizi ayıraraq, övladınıza sehrli, unudulmaz və ömürlük xoş uşaqlıq xatirəsi bəxş edin...
Əgər hər hansı bir sualınız yaranarsa, saatın neçə olmasından asılı olmayaraq, hər zaman bizim WhatsApp nömrəmizə yaza bilərsiniz. +994 77-596-11-76
Nömrəmizi telefon kitabçasına qeyd etmədən WhatsApp-dan bizə yazmaq üçün sadəcə Bu düyməyə basın
- Qat-qat daha maraqlı
- Daha kreativ
- Daha ucuz
- Və ən əsası, yarım saatlıq deyil. Sizdə ömürlük qalacaq bir təklifimiz var.
Sifariş zamanı hansı məlumatlar lazımdır?
Bir uşaq üçün olan videoda 5, iki uşaq üçün 6, üç uşaq üçün olan videoda isə 7 şəkil lazımdır. Bundan əlavə istəyinizdən asılı olaraq hər bir videoda uşaqların məktubunun şəkli və valideynlərinin şəklini əlavə edə bilərsiniz. Məktub və valideynlərin şəkilləri zəruri deyil.
Bir videoda neçə uşaq ola bilər?
Bir, iki və ya üç uşaq. Bir ailədən olan uşaqların hamısı eyni videoda təbrik edilir.
Bir videoda ayrı-ayrı ailələrdən olan uşaqlar ola bilərmi?
Xeyr. İki və üç uşaq üçün olan videolar, yalnız bir ailədən olan uşaqlar üçün nəzərdə tutulur.
İki və üç uşaq üçün olan videolarda hər birinin adı çəkilir?
Bəli. Hər bir uşağın adı iki dəfə çəkilir, ayrı-ayrılıqda özlərini necə apardığı yoxlanılır, şəkilləri göstərilir, yaşları, məşğuliyyətləri və xüsusiyyətləri səsləndirilir. Və bundan əlavə hər birinə ayrı tapşırıq (tövsiyə) verilir. Və təbii ki, bütün bunları sifariş zamanı siz seçirsiniz. Hər bir uşağın özünü necə apardığı, Şaxta Babanın ona hansı tapşırığı verəcəyi və digər xüsusiyyətlər yalnız sizin sifariş zamanı etdiyiniz seçimlər əsasında olur.
Video neçə müddətdə hazır olur?
Videonuz, siz sifariş məlumatlarını doldurduqdan sonra ən gec 24 saat ərzində hazır olur. Bu adətən daha tez olur, 24 saat maksimum hazırlanma müddətidir. 31 Dekabr günü isə gücləndirilmiş rejimdə işlədiyimiz üçün, videonuz 2 saat ərzində təhvil verilir.
Ödəniş necə edilir?
Ödəniş online qaydada kart vasitəsi ilə edilir. İstəyinizdən asılı olaraq terminal vasitəsi ilə də ödəniş edə bilərsiniz.
Endirim sonuna az qalır amma indi məlumatları doldurmağa vaxtım yoxdur. Endirimdən yararlanmaq üçün nə edə bilərəm?
Sifarişi indiki endirimli qiymətlə qeyd edib, məlumatları isə daha sonra doldura bilərsiniz. Sifarişinizi qeyd edən kimi sizə özəl link ayrılır. İstənilən zaman həmin linkə daxil olub məlumatları doldura bilərsiniz.
Videonu mənə necə göndəriləcək?
Videonuz hazır olan kimi, sifariş zamanı qeyd etdiyiniz WhatsApp nömrəsinə bildiriş və yükləmə linkiniz gəlir. Həmin linkə daxil olub videonu original keyfiyyətdə yükləyirsiniz. Videonu istənilən cihazla (telefon, planşet, kompyuter) yükləyə bilərsiniz. Yüklədikdən sonra video həmişəlik sizdə qalır. İstənilən zaman və istənilən cihazda izləyə və övladlarınıza göstərə bilərsiniz.
Sualım olarsa kimə yazım?
24 saat işləyirik. Saatın neçə olmasından asılı olmayaraq WhatsApp-da bizə yaza bilərsiniz: +994 77-596-11-76.
Uşaq bir qırağa özüm şokdayam. Bu necə gözəl bir layihə, bu necə gözəl bir servis. Hər şey üçün çox sağ olun. Dəyərli kollektiv, mükəmməl xidmət.
Qardaşımın qızı üçün sifariş etdim. Heyf bizim vaxtımızda belə şeylər yox idi. Möhtəşəm video və operativ işiniz üçün çox sağ olun. Əminəm ki, İnci də çox sevinəcək və həm də təəccüblənəcək!
Siz sadəcə supersiniz. Hər il düzəltdirirəm sizin videolarınızdan özümün və bacımın uşaqları üçün. Hər il də yeni videolarınızla balalarımızı sevindirirsiniz. Müştərinin nazıyla bu qədər oynayan sizin kimi ikinci bir komanda tanımıram. Hər şey üçün çox sağ olun. Bu son sifarişim deyil, hələ rəfiqəmin qızı üçün də sifariş edəcəm, şəkilləri gözləyirəm🥰.
4 nəvəmin hər biri üçün sifariş etdim. Sağ olun ki, sifariş etməkdə kömək etdiniz və sifarişlərin hər birini tez təhvil verdiniz.